Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 13:34:00
“Mühəndislikdə yeni dövr" mövzusunda dəyirmi masa keçirilib-FOTO

UNEC-in Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC-in) nəzdində fəaliyyət göstərən “Gənc mühəndis” elmi dərnəyində "Mühəndislikdə yeni dövr" mövzusunda dəyirmi masa keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbiri Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov açaraq, tələbələrin elmi potensialının artırılmasında dəyirmi masaların müntəzəm keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbirdə tələbə Murad Yusifov diyircəkli yastıqların quraşdırılması və tədqiqində istifadə edilən induksiyon isidici, endoskop kimi müasir alət və avadanlıqların texniki xüsusiyyətləri, üstünlükləri haqqında geniş məlumatlar verdi, onların praktikada tətbiqini nümayiş etdirdi.

 

Dəyirmi masada həmçinin Teymur Hacıyev, Günel Kərimli, Nərmin Abdullayeva şəffaf çipslərin hazırlanması texnologiyasını təklif edərək, ənənəvi çipsə nəzərən üstünlükləri, Süsən Mürsəlzadə şüşə istehsalı, onun istifadə sahələri və növləri haqqında, Fidan Məmmədova, Rəhim Paşazadə süni ət istehsalının perspektivləri, Pəri Məmmədova, Nigar Qasımova süni intellekt, sənaye inqilabı haqqında təqdimatlarla çıxış edərək, geniş məlumatlar veriblər. Çıxışlardan sonra müzakirələr  aparılıb, tələbələrin sualları cavablandırılıb.

 

Dosentlər Elçin Səmədov, İlham Seydəliyev, Mehriban Məhərrəmova, Mehriban Yusifova, fakültə TEC-in rəhbəri baş müəllim Afət Cəfərova,  mövzu ətrafında fikirlərini bildiriblər, elmi dərnəkdə müzakirə edilən məsələlərin, irəli sürülən təklif və tövsiyyələrin əhəmiyyətini qeyd ediblər.