Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 10:15:00
Tələbələrin bufetlə bağlı ən çox narazı olduğu universitet bilindi- Sorğunun nəticələri  

 

AzEdu Təhsil Portalında təhsil iştirakçıları, təhsilalanlar və valideynlərin təhsilin müxtəlif səviyyə və pillələri üzrə tez-tez qarşılaşdığı problemlərlə bağlı keçirilən həftəlik sorğuları davam edir.

 

Növbəti sorğu ali təhsil müəssisələrinin bufetlərinin fəaliyyətləri istiqamətində həyata keçirildi. Bunun üçün iştirakçılar təqdim edilən kateqoriyalarda, bu mövzuda üzləşdikləri problemlərdən birinə səs verərək sorğuda iştirak etdilər.

 

Sorğunun nəticəsinə əsasən, bufetlərilə bağlı ən çox narazılığın olduğu universitetlər Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetidir:

 

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti - 12.1 %
  • Gəncə Dövlət Universiteti - 11.4 %
  • Bakı Dövlət Universiteti - 9.55 %
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 9.55 %
  • Azərbaycan Tibb Universiteti - 8.28 %
  • Sumqayıt Dövlət Universiteti - 8.28 %
  • Bakı Ali Neft Məktəbi - 8.28 %
  • Xəzər Universiteti - 8.28 %
  • Qərbi Kaspi Universiteti - 8.28 %
  • Azərbaycan Universiteti - 8.28 %
  • Azərbaycan Dillər Universiteti - 7.64 %