Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 09:38:00
“Dünya səviyyəli universitetlərdən biri olmaq üçün bu faydalıdır” - Rektor

 

“Dünya səviyyəli universitetlər sırasına daxil olmaq üçün dünya səviyyəli təhsil mütəxəssislərilə müzakirələri faydalı sayırıq”.

 

AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov qeyd edib.

 

Rektor universitetə dəvət olunan mütəxəssislərdən söz açıb:

 

“Bu həm də universitetdə edilmiş və gələcək dəyişikliklərə kənar baxış kimi qiymətlidir. 2010- 2021 -ci illərdə Vaterloo Universitetinin (Kanada) Presidenti olmuş Feridun Hamdullahpuru bu məqsədlə UNEC-ə dəvət etdik. Üç gün ərzində 30 ildən artıq Almaniyada yaşayan dünyada tanınmış riyaziyyatçı alim, dostum Məsud Əfəndiyevlə birlikdə UNEC-in gələcək inkişaf istiqamətlərinə dair çox faydalı müzakirələrimiz oldu. Doğru yolda olduğumuza bir daha əmin olduq”.