Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-20 14:12:00
“Şagirdlər 6 aydır ki, vaqonlarda dərs keçirlər” – Bərdədəki uçan məktəbin acı taleyi

 

 

Bərdə rayon Mehdili kənd tam orta məktəb binasının bir hissəsi uçub.

 

Hadisə dərs zamanı baş verib.

 

Bərdə Rayon Təhsil Şöbəsindən AzEdu.az-a verilən məlumata görə hadisə zamanı xəsarət alan olmayıb:

 

“Hadisə bu gün səhər saat 09:10-da qeydə alınıb. Qeyd edim ki, təhsil müəssisəsi 2021-ci ilin oktyabr ayında da uçquna məruz qalıb. Şagirdlər həmin vaxtdan   etibarən məktəbin həyətinə yerləşdirilən böyük vaqonlarda təhsillərini davam etdirirlər. Lakin təəssüf  ki, məktəb bu gün bir daha da  uçquna məruz qaldı. Şagirdlər orada dərs keçmədiyi üçün xəsarət alan olmayıb. Hadisənin ilkin olaraq küləyin təsirindən baş verdiyi düşünülür. Belə ki, hazırda binanın bir hissəsi çöküb. Məktəbin layihəsi verilib. Qarşıdakı illərdə təhsil müəssisəsinin əsaslı təmir ediləcəyi gözlənilir. Hələ ki, dəqiq tarix haqqında məlumat yoxdur”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları