Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-19 14:08:00
“Xəsarət yetirən şagirdin axtarışları davam edir”- Rəsmi AÇIQLAMA

 

“Xəsarət yetirən bir az problemli şagird idi, axtarışları davam edir”

 

Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə insident baş verib.

 

9-cu sinif şagirdlərin biri digərinə bıçaqla xəsarət yetirib.

 

Məsələ ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev AzEdu.az-a açıqlamasında xəsarət yetirən şagirdin axtarışlarının davam etdiyini bildirib:

 

“Hadisə iki 9-cu sinif qız şagirdlərin arasında baş verib. Biri digərinə 2 zərbə vuraraq xəsarət yetirib. Hər ikisini eyni sinifdə təhsil alırlar. Münaqişənin hansı zəmində baş verdiyi hələ məlum deyil. Xəsarət yetirən bir az problemli şagird idi. Sinif yoldaşına xəsarət yetirdikdən sonra qaçıb, axtarışı davam edir. Hazırda araşdırma aparılır, mən də həmin məktəbdəyəm. Bir az əvvəl əlaqə saxladım, zərərçəkən şagirdin vəziyyəti hələki, normaldır”.