Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-18 15:06:00
Qapalı tipli suallarla bağlı problem niyə həll oluna bilmir? -SƏBƏB

“Qapalı tipli suallarda variantların sayını artırıb-azaltsaq belə bu hallarla qarşılaşacağıq”.

 

 Bu sözləri  AzEdu.az-a açıqlamasında qəbul məsələləri üzrə ekspert Elçin Efəndi deyib. Onun fikrincə, qapalı tipli suallarla bağlı problem öz həllini tapmamış qalacaq. Səbəb kimi isə bunu qeyd edir:

 

 “Bildiyimiz kimi,  istər buraxılış,  istərsə də blok imtahanlarında  qapalı tipli suallar var. Bəzən,  abituriyentlər cavabını müəyyən edə bilmədikləri suallarda hər hansısa bir variantı formal olaraq qeyd edirlər. Fikrimcə, bunun qarşısını almaq  mümkün  proses deyil. Bu, abituriyentin özündən asılıdır.  Bir test tapşırığına 3 variant da qoysaq, yenə də abituriyent  bu metoddan istifadə edəcək .

 

“Abituriyentlər sualı dəqiq cavablaya bilmədikləri halda ona ən yaxın variantı qeyd edir.  Açıqtipli suallarla bağlı şikayətlər olur ona nəzəran qapalı tipli sualların saxlanılmasının tərəfdarıyam”.

 

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları