Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 14:58:00
Fənn müsabiqələrinin final mərhələsi keçiriləcək  

Mayın 15-də fənn müsabiqələrinin final mərhələsi təşkil ediləcək.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, final turunda iştirak etmək üçün şagirdlər mayın 6-13-də buraxılış vərəqəsini əldə edə bilərlər. Buraxılış vərəqəsinin yüklənməsi prosesi qeyd edilən tarixlərdə portal.edu.az platforması vasitəsilə həyata keçiriləcək. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlər təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etməlidir.

 

Qeyd edək ki, müsabiqələrin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılmasıdır.