Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 12:52:00
Paytaxt məktəbində “Erasmus+” proqramı ilə bağlı görüş  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Erasmus+” proqramı ilə bağlı görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Təlimə Dəstək Mərkəzinin (TDM) əməkdaşları Tünzalə Rzayeva və Əziz Kərimov 7 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdlərinə “Erasmus+” proqramı haqqında məlumat veriblər. Şagirdlər qarşısında “Erasmus+” proqramının “Gənclərin mobilliyi” istiqaməti üzrə təqdimatla çıxış ediblər. Sonra şagirdlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, TDM-in əməkdaşları T.Rzayeva və Ə.Kərimov Avropa İttifaqı tərəfindən Almaniyada təşkil olunmuş “Erasmus+” proqramının “Gənclərin mobilliyi” istiqaməti üzrə qalibi olublar. Proqram çərçivəsində Azərbaycanın tarixi, multikultural və milli dəyərləri, təhsili, adət-ənənələri, mədəniyyəti, incəsənəti və musiqisi haqqında təqdimatlarla çıxış edərək müzakirələrdə iştirak ediblər.

 

Eyni zamanda TDM-in əməkdaşları Almaniyada keçirilən “Azerbaijan Cultural Evening” adlı Azərbaycan gününə qatılıb, Vətən Müharibəsi zamanı qazanılan zəfər, həmçinin milli bayramlarımız haqqında ətraflı məlumat veriblər.