Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 12:39:00
Yaşlı nəsil AMEA-nı zəbt edib-TƏNQİD

 

“AMEA-da yaşlı nəsil vəzifələri zəbt edib, onlar gənclərə paxıllıq və qısqanclıqla yanaşırlar”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

 

 

O, son illər Azərbaycan Milli Elmlər Akademiyasında olan böhranlı vəziyyətlə bağlı fikirlərini ifadə edib:

 

 

“Son illər  AMEA-nın  düşdüyü böhranlı vəziyyət olduqca acınacaqlıdır. Elmin iqtisadiyyat və təhsildən uzaq düşməsi kimi məqamlar ona gətirib çıxarır ki,  insanlar bu sahədən üz döndərir. Buna görə də ciddi elmdən danışmaq çox çətindir. 4-cü sənaye inqilabı zamnında yaşayırıq və bu, da insanlara  müxtəlif çağırışları diqtə edir. Gənclərin elmə gətirilməsi üçün kompleks yanaşma ortaya qoyulmalıdır”.

 

 

O, qeyd edir ki, AMEA-da ciddi islahatlara ehtiyac var:

 

 

“Akademiyada islahatlara ehtiyac var, elm bu şəkildə idarə oluna bilməz. AMEA ilə bağlı mütləq şəkildə qərar verilməlidir. Bura ciddi elmi mərkəz rolunu oynamalıdır. İllərdir ki, AMEA-da yaşlı nəsil vəzifələri zəbt edib, onların bir çoxu gənclərə paxıllıq və qısqanclıqla yanaşır və onların yolunu bağlayırlar. Elmdə ciddi rəqabət mühiti formalaşmalıdır. Kim bacarıqlıdırsa, o, öz fəaliyyətini davam etdirməlidir. Burada əməkhaqqı sistemi düzgün deyil, diferensasiya formalaşmalıdır. Elmin idarə olunması üçün işə  elmi menecerlər cəlb olunmalıdır. Kim ki, işinə görə akademiyadan qovulubsa, o, qısa müddətdə yenidən AMEA-da peydə olmağa başlayıb. Hətta bu şəxslər arasında şöbə müdirləri və institut rəhbərləri olan şəxsləri belə görmək olar. Hansı ki, o insanlar qüsurlu fəaliyyəti ilə gündəmə gəlib. Onlar hansı üzlə  elmə rəhbərlik edə bilərlər?”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları