Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-13 12:37:00
 Emin Əmrullayev məktəbdəki bıçaqlanma hadisəsinə münasibət bildirdi

 

 

“Ümumi sayı 1 milyon 600  min şagird olan məktəblərdə yəqin ki, hər cür hansısa xoşagəlməz hadisə baş verəcək. Biz bunun sadəcə qarşısını almaq haqqında danışa bilərik”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev məktəblərdəki bıçaqlanma hadisələrilə bağlı jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

 

Nazir məktəblərdə şagirdlərin davranışları ilə bağlı mütəmmadi işlərin aparıldığını bildirib:

 

“Təbii ki, belə hallar birmənalı olaraq qəbuledilməzdir. Amma məsələ cinayətdirsə, bunun bizim hüquq mühafizə orqanlarımız məşğul olurlar. Məktəblərdə şagirdlərin davranışı ilə bağlı məktəb rəhbərləri, tərbiyə işləri üzrə direktor müavinləri tərəfindən işlər aparılır. Amma təəssüf ki, 1 milyon 600  min şagird, 200 min müəllim kontingenti və 3 milyondan artıq valideyni əhatə edən bir sistemdə iki nəfər arasında konlfikti müşahidə etmək gözləniləndir”.