Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 16:11:00
ADNSU-nun tələbələri üçün Almaniyada təhsillə bağlı seminar  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Almaniyada təhsillə maraqlanan tələbələr üçün “Haradan başlamalıyam” mövzusunda seminar təşkil olub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, seminar Edu-Support Almaniyada Təhsil Mərkəzi və SRH Universitetinin regional meneceri İsmayıl Qədimlinin təqdimatı əsasında keçirilib.

 

Tələbələrə Almaniyada təhsil almaq üçün tələblər, müraciət tarixləri, qəbul şərtləri və s. haqqında ətraflı məlumat verilib.

 

Sonra tələbələrin sualları cavablandırılıb.