Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 12:12:00
“Universitetlərə inamın bərpası həlledici amillərdəndir”-Ədalət Muradov

 

“Bu gün mövcud olan universitetlərin durumu ciddi müzakirə tələb edir”

 

AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov qeyd edib.

 

Rektor universitetlərə inamın vacibliyini vurğulayıb:

 

“Keçmişlə müqayisədə universitetlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Amma universitetlərin sayının artması sanki onlara olan inamın azalması ilə müşaiyət olunur. Universitetlər qarşısında duran əsas vəzifələri yerinə yetirmək, o cümlədən “yaxşı mütəxəssis tapa bilmirik” iradlarına son qoymaq üçün universitetlərə inamın bərpası da həlledici amillərdəndir. Universitet funksiyalarının cari iqtisadi və sosial məsələlərlə məhdudlaşdırılması da yanlış görünür. Eləcə də, universitetlərin “məhsulu”nın, yəni məzunlarının və eləcə də “qiymətləndiricilər”in özlərinin də qiymətləndirilməsi sisteminə ehtiyac olduğunu düşünürük”.