Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-06 09:00:00
BDU alimləri külək enerjisini elektrik enerjisinə çevirən yeni qurğu yaradıblar

 

 

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Orxan Güləhmədov, Jiseok Kim və Mustafa Muradovun “The wind-driven Scotch yoke-based triboelectrik system for energy harvesting” (Enerji yığımı üçün küləklə idarə oluna bilən Scotch Yoke əsaslı triboelektrik nanogenerator sistemi) adlı məqaləsi təsir faktoru 5.164 olan “International Journal of Energy Research” beynəlxalq jurnalında dərc olunub.

 

BDU-dan Azedu.az-a bildirilib ki, məqalədə ilk dəfə olaraq külək enerjisini elektrik enerjisinə çevirə bilən “Scotch Yoke” əsaslı triboelektrik nanogeneratorun yaradılması barədə məlumat verilib.

Külək sürətinin dəyişməsinin triboelektrik nanogeneratorun çıxış parametrlərinə təsiri müəyyən edilib. Həmçinin neylon və polisiloksan materiallardan istifadə olunaraq oriqami strukturlu bir neçə nümunə hazırlanıb və belə strukturların triboelektrik nanogeneratorun fəaliyyətinə necə təsir etdiyi araşdırılıb.