Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 16:10:00
SOCAR KBR MMC-nin mütəxəssislərinin ADNSU-nun tələbələri ilə görüşü keçirib

Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR KBR MMC-nin müətəxəssisləri tələbələrlə görüş keçiriblər.

 

AzEdu.az xəbər verir ki, görüşün təşkilatçısı ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova iştirakçıları salamlayaraq, tələbələrə görüş haqqında məlumat verib.

 

SOCAR KBR MMC-nin əməkdaşı  Əfsanə Çopurova şirkət haqqında qısa məlumat verib, iş mühiti, sosial fəaliyyət və şirkətin gənclərə yaratdığı imkanlardan söz açıb.

 

Sonra SOCAR KBR MMC-nin əməkdaşı Münəvvər Əliyeva “Sətəm mühəndisliyi” və sətəmin prinsipləri” haqqında tələbələrə ətraflı məlumat verib. Görüşdə həmçinin, “Gender bərabərliyinin önəmi”, “Gələcək karyera üçün özünü inkişafın əhəmiyyəti” mövzularından danışılıb.

 

Daha sonra SOCAR KBR MMC-nin əməkdaşları Fuad Bədirxanov və Ülvi Fətullayev  şəxsi təcrübələrini bölüşüb, karyerada uğur qazanmağın və bacarıqları inkişaf etdirməyin yolları, eləcə də mühəndis ixtisası üzrə təcrübə toplamağın önəmindən danışıblar.

 

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.