Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-16 10:02:09
Bakı Dövlət Universitetinə qəbul olunan tələbələrin nəzərinə - Qeydiyyat şərtləri və lazımi sənədlər

Avqustun 15-də universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı. Növbəti mərhələdə isə tələbə adını qazananlar düşdükləri universitetlərdən qeydiyyatdan keçməlidirlər.

AzEdu.az ilk olaraq Bakı Dövlət Universitetində qeydiyyat üçün tələb olunan sənədləri təqdim edir:

-Abituriyentin Bakı Dövlət Universitetinə qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (2 nüsxədə). (DİM-in saytından çap edilir);

- Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli;

-Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxədə);

-Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün);

- Tibbi arayış (Forma 086);

- Fotoşəkil (Rəngli, 3x4 ölçüdə, 6 ədəd);

-Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə müqavilə bağlanılacaq (2 nüsxədə);

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və Şəxsi kabinetinin istifadəçi adı (FİN) təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaq);

Sənədlərin qəbulu avqustun 16-dan 28-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-17:00–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcək.

Qeyd

Ödənişli əsaslarla BDU-ya qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən (müvafiq sənədlər təqdim etməklə) azad olunurlar:

- Məcburi köçkün statusu olanlar;

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər;

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları”.