Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-17 13:47:00
Çexiya ukraynalı tələbələrin təhsili üçün 6 milyon avro ayırdı

 

Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet Çexiyanın Təhsil, Gənclər və İdman naziri Petr Qazdik ilə əlaqə saxlayıb.

 

Əlaqə zamanı S.Şkarlet ilk növbədə Çexiya Təhsil, Gənclər və İdman Nazirliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. 

 

AzEdu.az xəbər verir ki, Çexiyalı nazir Ukraynadan olan tələbələrin təhsili üçün artıq 6 milyon avro vəsait ayrıldığı ilə bağlı Ukraynalı həmkarına məlumat verib.

 

O, həmçinin ümumi orta təhsil pilləsində təhsil alan məktəblilər üçün yeni tədris şəraitinə daha tez uyğunlaşmağa imkan yaradan ayrıca qrupların da təşkil edildiyini diqqətə çatdırıb.

 

Bununla yanaşı Ukraynadan olan tələbə və tədqiqatçılara Çexiya universitetləri və tədqiqat institutları, habelə mövcud təqaüd və təcrübə proqramları haqqında məlumatların daha əlçatan olması üçün xüsusi internet saytları istifadəyə verilib. Təhsilalanlar və onların valideynlərini üçün Çexiya təhsil sistemi haqqında ətraflı məlumatların yerləşdirildiyi başqa bir sayt da yaradılıb.

 

Sonda iki ölkə arasında təhsil sahəsi üzrə əməkdaşlıqların güclənəcəyinə və daha da genişlənəcəyinə ümüd edildiyi vurğulanıb.