Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 15:02:16
Müəllimlər ikinci turda müddətsiz müqavilə ilə işə qəbul olunacaqlar-RƏSMİ

Müəllimlərin Təhsil Nazirliyinə müraciət edərək II turun müddətsiz olması ilə bağlı istəklərinə cavab gəlib.

AzEdu.az-a İnsan Resursları Mərkəzindən verilən məlumata əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra boş qalan yerlərə mərkəzləşmiş qaydada proqram təminatı tətbiq olunmaqla müddətli müqavilə ilə müəllimlərin işə götürülməsi prosesinin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Tədris prosesi başlananadək müəllimlərin işə qəbulu prosesinin başa çatması və müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun mərkəzləşmiş və elektron qaydada təşkili məqsədilə verilən bu qərar açıqlandıqdan sonra vətəndaşlar tərəfindən Təhsil Nazirliyinə, İnsan Resursları Məkəzinin rəsmi facebook səhifəsinə ikinci turun bərpa edilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olub . Vətəndaşların müraciətləri araşdırılmış və onların xahişi ilə müəllimlərin işə qəbulu üzrə müsabiqəsi başa çatdıqdan sonra boş qalan yerlərə ikinci turun - müddətsiz müqavilə ilə qəbulunun həyata keçirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, müsabiqə başa çatdıqdan sonra ikinci turun keçiriləcəyi tarix barədə məlumat veriləcək.