Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-13 12:25:00
İmtahanların idarə edilməsinə 1869 nəzarətçi–müəllim cəlb olunub  

Martın 13-də keçirilən imtahanların təşkili üçün ümumilikdə 98 imtahan binası, 1495 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 250 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, 180 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 98 bina nümayəndəsi cəlb edilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Xatırladaq ki, martın 13-də Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı və Zərdab rayonlarında, Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. Həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərinin, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblərin, Çilov adasında yerləşən məktəbin, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.

 

İmtahanda ümumilikdə 19 min 418 şagirdin iştirakı nəzərdə tutulur.