Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 17:14:00
Ukraynada müharibənin ortasında qalan, öldrülən ƏCNƏBİ tələbələr

 

Ukraynada mövcud vəziyyətdə çətinliklərlə üzləşənlər arasında çox sayda əcnəbi tələbələr var.

 

Bu ölkədə çoxluq təkil edən xarici tələbələr isə əsasən Hindistan, Nigeriya, Qana, Ruanda, Türkmənistan,Azərbaycan, İordaniya və Fələstindən olan vətəndaşlardır.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta bir neçə gün öncə Ukraynanın Sumi şəhərində təxminən 1700 əcnəbi tələbənin Rusiya ordusunun davamlı atəşinə məruz qaldığı bildirilir.

 

Həmçinin ərəb dünyasından təxminən 10 000 tələbə Ukrayna universitetlərində təhsil alır, afrikalıların isə bu ölkədəki beynəlxalq tələbələrin 20 faizini təşkil etdiyi bildirilir.

 

Hazırda döyüşlərin getdiyi şəhərlərdə olan tələbələrin bir çoxu universitetlərin sığınacaqlarında qorunur və təxliyə üçün yardımın gəlməsini gözləyirlər. Həmçinin bəzi şəhərlərdə mühasirədən çıxa bilməyən tələbələr müxtəlif mətbuat orqanlarına verilən məlumatda yemək və su ehtiyatlarının tükəndiyini qeyd ediblər.

 

 

İndiyə kimi Ukraynada davam edən döyüşlərdə bir çox yerli və xarici vətəndaşın öldürülməsilə bağlı müxtəlif məlumatlar var. Öldürülənlər arasında az yaşlı şagirdlər,tələbələr, təhsilverənlər də yer alır. Bununla yanaşı ölənlər arasında biri hindistanlı, digəri isə əlcəzairli olmaqla iki əcnəbi tələbə də var.

 

Ölkədən təxliyə olunmaq və vətənlərinə qayıtmaq üçün müraciət edən tələbələr arasında isə ən çox nigeriyalı və hindistanlı tələbər narazılıqlarını bildirirlər. Hətta nigeriyalı tələbələr ölkələrinin Ukraynadakı nümayəndəlikləri iləəlaqə saxladıqlarını və günlərdir heç bir kömək göstərilmədiyini vurğulayıblar.