Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-10 15:05:00
“Firudin bəy Köçərli” mükafatı qaliblərə təqdim edildi-FOTO

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Təhsilin təbliği və kütləviləşməsinə, müəllimlik nüfuzunun artırılmasındakı xidmətlərinə görə”, -Networkun baş mütəxəssisi, biologiya müəllimi Qoşqar Məhərrəmov “Uğurlu müəllim adının və həmkarlara dəstək olacaq platformanın təbliğindəki fəaliyyətinə görə”, Vətən Müharibəsi şəhidi, leytenant Xalid Nəciyevin atası Qabil Nəciyev isə “Fədakar təhsil işçisi adını cəbhə bölgəsində yüksək səviyyədə doğrultduğuna görə” nominasiyaları üzrə AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafatlara layiq görülüblər.

 

AzEdu.az xəbər verir ki, görüş zamanı mükafatların təqdim olunması ilə yanaşı, həmin şəxslərlə AzEdu Təhsil Portalının əməkdaşları arasında təhsilin cari vəziyyəti, gələcək perspektivləri müzakirə olunub.

 

Cəsarət Valehov   təhsil məkanının inkişaf paradiqmaları, yüksəliş meyilləri ilə bağlı maraqlı mülahizələrlə çıxış edib.

 

Eyni zamanda, Qoşqar Məhərrəmov texnologiyanın hazırki inkişafının təhsilə inteqrasiyası ilə bağlı fikirlərini bölüşüb.

 

Şəhid Xalid Nəciyevin atası Qalib Nəciyev isə  oğlunun Vətən Müharibəsində keçdiyi şərəfli yoldan və onun təhsil uğurlarından söz açıb.

 

Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları