Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 16:50:00
BMU-İNHA İDP çərçivəsində İNHA Universitetində təlim keçiriləcək  

Cari ilin iyul-avqust aylarında Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan İkili Diplom Proqramının (İDP) əsas komponentlərindən biri kimi professor-müəllim heyəti üçün Koreyada təlimin keçirilməsi nəzərdə tutulur.

 

AzEdu.az xəbər verir ki, təlimin əsas məqsədi İNHA Universitetinin beynəlxalq təhsil əməkdaşlığı layihəsinə əsasən BMU-nun professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etməkdir.

 

Professor-müəllim heyətinin seçim proseduru, təlim xərcləri, təlimdən sonrakı qiymətləndirilmə və digər məsələlərlə daha ətraflı məlumatı linkə keçid alaraq əldə etmək mümkündür.

 

Qeyd edək ki, İDP Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.