Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 16:37:00
AzTU-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib-FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən rektor Vilayət Vəliyev universitetin xanım əməkdaşlarını və tələbələrini bayram münasibətilə təbrik edib. Rektor qadınların cəmiyyətdə, o cümlədən universitet həyatında rolunun vacibliyindən danışıb. Qeyd olunub ki, Azərbaycan qadını keçmişlə müasirliyin vəhdətini hər zaman qoruyub saxlamağı bacarıb. Azərbaycan qadını adət-ənənələrimizin, zəngin mədəni sərvətlərimizin əsrlər boyu nəsildən-nəslə ötürülməsində misilsiz xidmətlər göstərib.

 

Daha sonra universitetin elmi və ictimai həyatında fərqlənən bir qrup qadın əməkdaş, həmçinin fakültələr üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan tələbələr fəxri fərmanla təltif edilib.