Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 14:40:00
Kollecdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib  

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

 

Kollecdən AzEdu.az-a bildirilib ki, tədbirdə təhsil müəssisəsinin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edib. Qeyd edib ki, Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını tarixə həkk edib. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bütün sahələrdə qadınların kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün həmin siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

 

Vurğulanıb ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda qadınların misilsiz xidmətləri var. Onlar respublikamızda bir an belə ara verməyən quruculuq işlərində çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər.

 

Tədbir kollecin tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. Tələbələr müəllimlərini şeir, musiqi, rəqslərlə təbrik ediblər. Müəllimlər üçün hazırlanan videoçarx onlara əsl sürpriz olub.

 

Daha sonra 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə kollecin qadın kollektivinə hədiyyələr təqdim edilib.