Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 13:55:00
LDU-da “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib

Bu gün Lənkəran Dövlət Universitetində  (LDU) “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində keçirilən tədbirdə universitet rəhbərliyi, tələbələr, ziyalılar, şəhid ailələrinin üzvləri  və Qarabağ qaziləri iştirak edib.

 

AzEdu.az xəbər verir ki, tədbirə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə  start verilib.

 

 LDU-nun sosial məsələlər üzrə prorektoru, şəhid atası, dosent Kamran Kazımov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gənclərinin qazandığı böyük  döyüş uğurlarından, ölkədə yaşanan yüksək vətənpərvərlik ab-havasından, Vətən müharibəsində gənclərin göstərdiyi fədəkarlıqdan danışıb, canlarından keçmiş şəhidlərin xatirəsinin daima xalqın yaddaşında əbədi yaşayacağını deyib.

 

Tədbirin moderatoru- “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri, aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə ölkədə Vətən uğrunda qurban gedən oğulların tanıdılması istiqamətində təşkilatın gördüyü  işlərdən söz açıb, şəhid aillələrinin üzvlərinə dövlət dəstəyindən və xalqın göstərdiyi ehtiramdan danışıb, ölkəmizdə 44 günlük Vətən savaşında xalqımızın qazandığı böyük Zəfərdən sonra  gənclərin  vətənpərvərlik ruhunun yüksək olduğunu xüsusi vurğulayıb.

 

 MDTF-nin icraçı direktoru Mehman İsmayılov, qazi Elçin Tağıyev, tələbələrdən  Rəsul Rzayev, Tünzalə Hüseynzadə, Müjgan Babazadə çıxışlarında keçirilən tədbiri yüksək dəyərləndirərək, ölkədə və  LDU-da bu istiqamətdə aparılan işlərdən, qarşıda duran vəzifələrdən  söz açıblar.