Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 13:22:00
UNEC-də “Kosmos iqtisadiyyatının aktual problemləri” mövzusunda onlayn seminar keçiriləcək

UNEC-də Elm festivalı UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri professor Şahlar Əsgərovun təqdimatında “Kosmos iqtisadiyyatının aktual problemləri” mövzusunda onlayn seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, seminar Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Ekonofizika Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

 

9 mart 2022-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/98961994000 linki vasitəsilə qoşula bilərsiniz.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaqdır.

 

Seminarı izləmək üçün linkə keçid edə bilərsiniz.