Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-04 11:06:00
MİT məzunu UNEC-də dekan təyin OLUNDU

 

UNEC-də yeni yaradılmış fakultələrdən birinə dekan təyin olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muiradov məlumat verib.

 

O bildirib ki, yeni təyin olunan dekan dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Massaçusets Texnologiya İnstitutunun məzunudur:

 

“UNEC-də yeni yaradılmış fakültələrdən biri ingilis dilində tədris həyata keçirən Beynəlxalq İqtisadiyyat Məktəbidir (İSE). Bu fakültədə işlərin daha da yaxşılaşdırılması, təhsilin keyfiyyətinin dünya universitetləri səviyyəsinə qaldırılması üçün əlavə tədbirlərə ehtiyac olduğunu nəzərə alaraq bu gün İSE-yə yeni təyin olunmuş dekanı kollektivə təqdim etdim. Yeni dekan MİT məzunu Ramil Quluzadədir. Ramil müəllimi təbrik edir işlərində nailiyyətlər arzu edirik”.