Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-03 16:25:00
BMU-da ixtisas seçimi və karyera mövzusunda stand-up keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) ixtisas seçimi və karyera mövzusunda stand-up təşkil olunub.

Tədbir universitetin Pedaqoji fakültəsi, BMU Tələbə Gənclər Təşkilatı (TGT) və BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycanda təhsil sahəsində ilk belə stand-up təşkil edildiyini söyləyən Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev tədbirin çox əhəmiyyətli mövzuya həsr olunduğunu bildirib. O qeyd edib ki, tələbələrin ixtisas seçimi etmələrinə baxmayaraq tədbir gələcəkdə onların dar ixtisaslaşması baxımından, həmçinin daha uğurlu olduqları başqa bir ixtisas seçimi baxımından faydalı ola bilər. Dekan çıxışında bu kimi silsilə tədbirlərin davam edəcəyini dilə gətirib.  

Sonra Pedaqoji fakültənin əməkdaşı, ixtisas seçimi və  karyera üzrə mütəxəssis  Adil Vəliyev çıxış edib. O, belə bir mühüm tədbirin təşkil olunmasında yaradılan şəraitə görə BMU rəhbərliyinə öz minnətdarlığını vurğulayıb.

İxtisas seçimi və karyera mövzusu ilə bağlı öz təcrübələrini bölüşən A.Vəliyev tələbələrə sevdikləri ixtisası seçməyi məsləhət görüb. Tələbəlik illərində tələbə klublarına, həmçinin müxtəlif tədbirlərə qoşulmağın vacibliyini diqqətə çatdıran A.Vəliyev bunun onların bilik və bacarıqlarının artmasına kömək edəcəyini bildirib. Bununla yanaşı, tələbələri dövlət orqanlarında və digər müəssisələrdə könüllü fəaliyyətə qoşulmağa səsləyərək bunun şəbəkələşməyə müsbət təsir göstərəcəyini fikirlərinə əlavə edib.

Tədbirdə tələbələrin sualları cavablandırılıb və onların bir qisminə hədiyyələr təqdim olunub.