Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-03 16:37:00
Nüfuzlu Universitet rəhbəri Rusiya səfirinə müraciət etdi: “Vicdanınızı araşdırın və Ukraynanın yanında olun”

 

Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Uorvik Universitetinin (University of Warwick) vitse-kansleri və prezidenti Stüart Kroft Rusiyanın ölkəsindəki səfirinə məktub yazıb.

 

AzEdu.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli səfir,

Uorvik Universitetinin vitse-kansleri kimi, millətinizin müstəqil və demokratik bir Avropa dövlətini işğal etməsinə etiraz etmək üçün sizə yazıram. Biz hazırda Ukraynanın yanındayıq. Mən şəxsən sizdən xahiş edərdim ki, vicdanınızı araşdırın və bu zaman müharibəyə qarşı cəsarətlə çıxış edən insanların yanında olun. Rusiya dövlətinin hərəkətləri İkinci Dünya Müharibəsinin sonundan bəri qitəmizdə əldə edilən bütün nailiyyətləri riskə atdı. Rusiyada və Avropada Ukrayna üçün risklər bundan daha yüksək ola bilməzdi.

Hörmətlə, Stüart Kroft”

 

Prezident hazırkı zamanda bütün cəmiyyəti Ukraynanın yanında olmağa çağıraraq, bir çox cəsarətli tələbənin bu müharibəyə qarşı olduğunu bildirib. Həmçinin o,

 

Vitse-kansler son olaraq,-“Universitetlər öz təbiətlərinə görə beynəlxalqdir və bunun nəticələri var: vacib olan hər şey riskə atılanda biz öz fikirlərimizi bildirməliyik. Bu gün bu o deməkdir ki, biz Ukraynanın yanında olmalıyıq”-deyə bildirib.