Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-23 12:45:00
Tələbələr arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri mükafatlandırılıb  

zərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri mükafatlandırılıb.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib. Tədbirdə çıxış edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qalib komandaları təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb.

 

Sonra qaliblərə - Bakı Mühəndislik Universitetinin (I yer), Azərbaycan Dövlət İqtisad Universitetinin (II yer) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (III yer) komandalarına diplom və qiymətli hədiyyələr təqdim edilib.