Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-23 10:43:00
ADNSU-da doktorantlar və dissertantların iştirakı ilə seminar keçirilib

Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantlar və dissertantların iştirakı ilə seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda ADNSU-nun rektoru, professor Mustafa Babanlı elmin inkişafından və universitetdə yüksəkixtisaslı kadrların hazırlığından danışıb. O qeyd edib ki, ADNSU tədrisin müasirləşməsi ilə yanaşı, həm də tədqiqat müəssisəsi olaraq elmin inkişafını daim diqqətdə saxlamalıdır və bu işdə də gənc alimlərin üzərinə böyük iş düşür.

 

Seminarda doktorantların seçdiyi mövzular və elmi istiqamətlər də müzakirə olunub. Doktorantlar çıxış edərək qarşıya qoyduqları hədəflərdən danışıblar. Rektor M.Babanlı onların bir neçəsinin çıxışını dinləyib tapşırıq və tövsiyyələrini verib. Əlavə edib ki, hər bir gənc alimə elmi uğurların qazanılmasında universitet hər zaman dəstək göstərəcək.