Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-21 13:28:00
Təcrübə müddətində tələbələrin maliyyə xərcləri hansı hallarda qarşılanır?- Maddi TƏMİNAT

 

İstehsalat təcrübəsi müddətində təqaüd alan tələbələrin (təcrübə zamanı aldıqları əməkhaqqından asılı olmayaraq) təqaüdləri saxlanılır.

 

Dövlət ali və orta ixtisas təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər.

 

AzEdu.az xəbər verir ki, təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

 

Bu barədə Azərbaycan Republikasının Nazirlər Kabinetinin qərarına əsasən,  “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”də qeyd olunub.

 

İstehsalat təcrübəsi təhsil müəssisəsinin özündə və ya onun yerləşdiyi şəhərdə (rayonda) olan müəssisədə keçirildiyi halda, tələbələrə gündəlik xərclər ödənilmir.

 

Ancaq təcrübə təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda keçirildiyi halda, müəllimlərin və tələbələrin ezamiyyə xərcləri mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsi tərəfindən ödənilməlidir.

 

Qeyd edək ki, təcrübə keçirilən ümumtəhsil məktəbinin işçilərinə pedaqoji təcrübəyə rəhbərlik üçün əməkhaqqı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq saathesabı tarif dərəcələri üzrə ödənilir.