Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-21 10:48:00
“Elmin inkişafı üçün ayrılan vəsaitin həcmi çox vacibdir”-Rektor

 

“Azərbaycanda elmin qeyri-qənaətbəxş vəziyyəti sirr deyil. Bunun əsas səbəblərindən biri kimi elmin maliyyələşmə səviyyəsinin inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağı səviyyəsi göstərilir”

 

AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru, professor Ədalət Muradov qeyd edib.

 

Rektor elmin inkişafı üçün maliyyə vəsaitinin vacibliyini vurğulayaraq bir sualların ortaya çıxdığını bildirib:

 

“Fikrimizcə, bu doğrudur və heç kim bu fikri şübhə altına almır və almamalıdır. Bu zaman ortaya başqa sual çıxır. Hesab edək ki, elmin maliyyələşməsində ciddi artımlar baş verdi və tələb olunan həcmdə pul ayrıldı. Doğrudanmı bundan sonra Azərbaycanda elm inkişaf edəcək və dünya elmilə müqayiə ediləcək səviyyəyə yüksələcək? Doğrudanmı elmə ayrılan böyük pullar azərbaycanlı alimləri rəqabətqabiliyyətli edəcək? Doğrudanmı elmə ayrılan böyük həcmdə pullar ciddi elmi kəşfləri təmin edəcək, Azərbaycan elminə Nobel mükafatı qazandıracaq? Doğrudanmı?... Doğrudanmı?... Şübhəsiz ki, ki, elmin inkişafı üçün elmə ayrılan vəsaitin həcmi çox vacibdir!”

 

Son olaraq professor,-“Həm də, şübhəsizdir ki, elmdə maliyyələşmə həlledici amil deyil! ”- deyə fikrini yekunlaşdıırb.