Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-16 11:00:00
“Gündəm təhsildir”- yeni müzakirə proqramına start verilir-BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Gündəm təhsildir” müzakirə proqramına start verilir.

 

AzEdu.az xəbər verir ki, proqram çərçivəsində təhsil gündəmində olan maraqlı mövzular ətrafında müxtəlif qonaqlarla söhbət aparılacaq.

 

“Gündəm təhsildir” proqramının əsas məqsədi  özünəməxsus yanaşma, təcrübə və yeni fikirləri ilə fərqlənən, qazandığı uğurlarla təhsil prosesinin iştirakçılarını ruhlandıran şəxslərin çıxışlarına yer vermək və onları geniş ictimaiyyətə təqdim etməkdən ibarətdir.

 

Proqramın ilk qonağı Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanması ilə məşhur olan 62 nömrəli məktəb-liseyin IX sinif şagirdi Həsən Quliyevdir.

 

İstedadlı gənc Həsən Quliyevlə görüşü 18 fevral saat 16:00-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.