Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-28 15:25:00
Şagirdlərin məktəbdəki davranışlarına görə valideyn hüquqi məsuliyyət daşıyır-QANUN

 

 

Şagirdlərin təhsil müəssisəsində özünü idarə formasına görə təhsilalanın özü və məktəblə yanaşı, valideyn də məsuliyyət daşıyır.

 

“Təhsil haqqında” Qanunda valideynlərin övladrının təhsilində iştirakı ilə bağlı hüquq və vəzifələri qeyd olunur.

 

AzEdu.az xəbər verir ki, valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:

 

  • övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

 

  • övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;

 

  • təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq

 

Qeyd edək ki, bu Qanunun tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.