Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 10:45:37
Elm və təhsil müəssisələrinin işində yeniliklər olacaq - Nazir müşaviri

"Elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi istiqamətində bir sıra yeniliklər olacaq".

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi "Effektiv kommunikasiya" mövzusunda təlim-seminarda deyib.

Onun sözlərinə görə, ötən ilin dekabrından elm sahələrinin ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində monitorinqlərə başlanılıb.

Elnur Nəsibov bildirib ki, elm və təhsil sahəsi 2 milyondan artıq şəxsi əhatə edir:

"Yaxın zamanda Nazirliyin tabeliyindəki elmi müəssisələrin yeni əsasnamələrinin təsdiqi gözlənilir".

Nazir müşaviri qeyd edib ki, media və sosial media mütəmadi olaraq elm və təhsillə bağlı müxtəlif məlumatlar dərc edir:

"Bir sıra hallarda bu kimi xəbərlərin dərc olunması yaxşıdır. Çünki təhlillər apara bilirik. Sosial media da son zamanlar aktivləşib. Ona görə də baş verəcək böhranların idarə olunması mühüm məsələdir". "Ona görə müəssisələrimizin kommunikasiyasının gücləndirilməsi əsas prioritetlərdəndir. Ötən il 10-a yaxın belə tədbir keçirmişik".