Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-26 12:32:00
UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər aparılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.

 

AzEdu.az xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində ali təhsildə ilk iki il gələcək sovet mütəxəssislərinin “ideoloji hazırlığına” həsr edilir və bu məqsədlə ixtisas üzrə hazırlığa demək olar ki, aidiyyəti olmayan müxtəlif fənlər tədris edilirdi. Nəticədə ixtisas fənlərinə az vaxt ayrılır və bu fənlərin tədrisinə gec, yəni ikinci kursdan sonra başlanılırdı. “İdeoloji hazırlıq” hazırda tələb olunmasa da, həmin yanaşma bu gün də tətbiq edilir və nəticədə tələbələr ixtisas baxımından lazımsız və faydasız fənlərlə əsassız olaraq yüklənirlər.