http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-24 15:32:00
Təhsil sistemi maşının təkəri kimidir, o, olmasa, ölkə inkişaf edə bilməz-Ekspert dəyərləndirmələri

 

Yanvarın 24-ü dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd olunur.

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu günü 2018-ci ilin dekabrında təsis edib.

 

BMT-nin qərarında bildirilir ki,  təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir.

 

Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər.

 

Ölkəmiz beynəlxalq standartları əsas götürərək təhsil sistemi formalaşdırıb. Bəs, hazırkı dövrdə Azərbaycan digər dövlətlərin hansı  təcrübəsini mənimsəyə bilər?

 

AzEdu.az məsələ ilə bağlı ekspertlərin fikilərini öyrənib.

 

Xəzər Universitetinin təsisçisi,  professor Hamlet İsaxanlı ölkəmizin başqa dövlətlərin təcrübəsindən təhsil pillələri üzrə istifadə etməsinin vacib olduğunu vurğulayıb:

 

“Hazırda Azərbaycan heç bir ölkənin təhsil sistemini mənimsəyə bilməz. Çünki dünyada çox müxtəlif tədris metodları var. Hər ölkənin sistemi digərindən fərqlənir. Bunların sırasında Amerika, Çin və Yaponiyanın təhsil sistemləri çox inkişaf etmiş formadadır. Ölkəmiz orta təhsildə öz sitemini yaradıb. Burada kimdənsə nəyisə götürmək düzgün olmazdı. Ali məktəblərdə  isə boloniya sistemi tətbiq edilir. Bu o demıkdir ki, ölkəmizdə Avropanın termin, kredit sistemləri və müxtəlif yanaşmalarından istifadə edilir. Hazırda texniki baxımdan  istifadə olunan metod və terminologiyalar  Avropa sisteminə yaxındır.

 

Hər ölkə özünün əsas təhsil bazasını yaradır. Bu zaman o müxtəlif anlayış və terminləri digər ölkələrdən götürür. Hazırda Avropa boloniya sistemindən istifadə edir. Azərbaycan isə 2005-ci ildən boloniya sisteminə qoşulub. Burada  müxtəlif Avropa ölkələrinin təcrübəsindən istifadə edilir”.

 

Professor və təhsil eksperti Şahlar Əsgərov qeyd edir ki, ölkəmizin xarici təcrübəyə ehtiyacı yoxdur:

 

“Hər bir ölkə öz təhsil sistemini qurmalıdır. Çünki bizim mentalitetimiz digər ölkələrdən fərqlənir. Bizdə övladların ana və ataya məhəbbəti yüksək səviyyədədir. Dünya təhsil sistemini öyrənən beynəlxalq qurumlar var. Onlar arasında bizim təhsil səviyyəmiz orta pillədədir. Ona görə də hər ölkə anlamalıdı ki, təhsil sistemi hər insanın mindiyi maşımnın təkəri kimidir. O təkər olmasa , ölkə irəliləyə bilməz”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları