Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 14:03:00
UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər aparılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud olan sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.

 

AzEdu.az xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektor bildirilib ki, universitetlərin ali idarəemə orqanı Elmi şura olaraq qalmaqdadır. Elmi şura eyni vaxtda həm Ali Akademik İdarəetmə, həm də Ali İnzibati İdarəetmə orqanı kimi səlahiyyətlərə malikdir. Eyni fikir universitet rektorlarına da aiddir.