Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 13:50:00
BANM tələbələri "NETTY-2021" mükafatına layiq görülüblər  

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət “Crocusoft” mobil komandası “NETTY-2021” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb.

 

Bu barədə AzEdu.az-a BANM-dən məlumat verilib. Bildirilib ki, komandanın hazırladığı "Smart Customs" tətbiqi “İlin mobil tətbiqi” seçilərək "Dövlət və cəmiyyət" nominasiyasında qalib olub. Tələbələrin hazırladığı tətbiq 300 mindən çox yüklənmə sayı, 5 min rəy və 4.9 reytinqlə önə çıxıb. “Crocusoft” komandasının proqramçıları BANM-in müxtəlif ixtisaslarının tələbələri - Mirkamal Qasımov, Aynur Əsədova, Elman Şükürov və Mirnicat Cabbarlıdır.

 

Qeyd edək ki, Azərbaycan Milli İnternet Mükafatında NETTY akademikləri 2021-ci ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqramlar arasında ən yaxşılarını seçiblər. Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermə nəticələrinə əsasən iştirakçı saytların siyahısından mükafatların nominantları olan veb-saytlar, proqramlar və İT layihələr seçilib.