Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 14:26:00
"Dövlət məktəbləri özəl təhsil müəssisələrindən geri qalır" -Hamlet İsaxanlından təhlil

“Valideynlərin bir çoxu özəl və keyfiyyətli təhsil verən məktəbləri seçir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi,  professor Hamlet İsaxanlı deyib.

 

Belə ki, son zamanlar valideynlərin övladları üçün məktəb seçimində yaşadığı əraziyə uyğunluğu deyil, daha çox keyfiyyəti əsas götürərək uzaq təhsil müəssisələrini seçdiyi müşahidə edilir.

 

Məsələ ilə bağlı professor  fikirlərini bildirib:

 

“Valideynlərin övladlarını yaşadığı ərazidən kənardakı təhsil müəssisələrinə aparmasının əsas səbəblərindən biri də dövlət məktəblərində təhsilin zəif inkişaf etməsi ilə bağlıdır. Belə ki, bu səbəbdən də özəl məktəblər fəaliyyətə başlayır. Onların verdiyi təhsil dövlətə nisbətən daha keyfiyyətli olur. Əvvəlki dövlərdə valideynlərin çoxu övladını yaşadığı ərazinin yaxınlığındakı məktəbə aparırdı, lakin zaman keçdikcə məktəbləra­rası rəqabət və təhsilin keyfiyyəti məsələsi ön plana keçdi. Buna görə də valideynlərin bir çoxu özəl və keyfiyyətli təhsil verən məktəbləri seçir. Belə olduqda isə digər məktəblər kənarda qalır və onlarda təhsilin keyfiyyəti aşağı düşür. Ona görə də bütün təhsil müəssisələrində təhsilin keyfiyyəti eyni şəkildə artırılmalı və heç bir təhsil müəssisəsi digərindən geri qaılmamalıdır. Lakin özəl sektorun sahib olduğu maddi-texniki baza daha əlverişli və keyfiyyətlidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları