Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 12:55:00
Bakalavrların NƏZƏRİNƏ! -  Bu ixtisasları seçənlərin təhsil haqqını SOCAR ödəyəcək  

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi avqustun 7-dən başlayıb.

AzEdu.az “Magistr” jurnalının 6-cı sayına istinadən Bakı Ali Neft Məktəbində boş qalan plan yerlərini təqdim edir:

-Biznesin təşkili və idarə edilməsi (tədris ingilis dilində) - əyani-3 yer- 5000 ( yalnız ödənişli)

Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramı üzrə. Məzunlara həm də bu universitetinin diplomu veriləcək. Ödənişli əsaslarla qəbul olanların təhsil haqqı ARDNŞ tərəfindən ödəniləcək.

-Yatağın qiymətləndirilməsi və idarə olunması (tədris ingilis dilində) - əyani-2 yer

Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramı üzrə. Məzunlara həm də bu universitetinin diplomu veriləcək. Ödənişli əsaslarla qəbul olanların təhsil haqqı ARDNŞ tərəfindən ödəniləcək.

-Neft və qaz texnologiyası (tədris ingilis dilində) - əyani-2 yer

Ödənişli əsaslarla qəbul olanların təhsil haqqı ARDNŞ tərəfindən ödəniləcək.

Texniki sistemlərdə informatika və idarəetmə (tədris ingilis dilində) - əyani 2 yer

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinin müsabiqəsinə 25 fevral və 3 iyun 2018-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında iştirak edərək müsabiqə şərtini ödəyən bakalavrlar buraxılırlar.