Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 16:24:00
Təhsil İnstitutu Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti seminar keçirib

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti “Refleksiv müəllim” seminarı keçirilib.
İnstitutdan AzEdu.az-abildirilib ki, seminarda Beyləqan rayonu G.Əsədov adına I Şahsevən kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Kazımovanın təqdimatı əsasında V sinif Azərbaycan dili dərsliyində yer alan “Bilirdim ki, gələcəksən” mətni üzrə dərs icmalı müzakirə olunub. 35 müəllimin fəal iştirakı ilə mövzu ətrafında müxtəlif praktik tapşırıqlar yerinə yetirilib, standartlar, təlim nəticələri və qiymətləndirmə ilə bağlı fikir mübadiləsi aparılıb.
Seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək, müəllimlərdə tədris etdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq, konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.