Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 16:00:00
Şəhid və qazi ailəsi üzvü olan 1288 nəfər təhsil müəssisələrində işə qəbul edilib  

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə bu il yanvarın 28-dən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlarda, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.

Bu barədə  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbirlər çərçivəsində ümumilikdə 1288 nəfər işə qəbul edilib. Onlardan 498 nəfəri şəhidlərin ailə üzvü, 107 nəfəri hərbi qulluqçuların ailə üzvü, 265 nəfəri qazi, 418 nəfəri Vətən müharibəsi iştirakçısıdır.