Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 11:56:00
Şagirdin 1-ci partada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır-Təhsil Naziri

 

“Şagirdin 3 yox,1-ci partada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.

 

 

O, vətəndaş problemlərinin necə həll olunacağına münasibət bildirib:

 

 

 

“Təhsil Nazirliyinin əsas prioritetlərindən biri də yerlərdə təhsilin idarə edilməsinin təkmilləşdirilməsidi. Nazirliyə gələn müraciətlərin 99 faizi yerində həll oluna bilən problemdir. Onlar direktorlar və RTŞ-lər tərəfindən tez həll edilə bilər. Məqsədimiz problemi həll etməkdirsə, onu düzgün yolla tənzimləməliyik. Uşağın 3 yox,1-ci partada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır. İki nəfər arasında olan konflik də nazirlikdəki hansısa məmur tərəfindən həll olunmamalıdır. Buna görə də yerlərdəki əməkdaşlıq artırılmalıdır”. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları