Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 11:33:00
Təhsil Nazirliyini şikayət bürosuna çevirsək, yaxşı nəticə olmayacaq-Emin Əmrullayev

“Təhsil Nazirliyini şikayətlər bürosuna çevirsək, yaxşı təhsil sistemi qurmaq imkanımız olmayacaq”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.

 

 

O, vətəndaş problemlərinin necə həll olunacağına münasibət bildirib:

 

 

“Təhsil Nazirliyini fərdi problemlərin və şikayətlərin həlli bürosuna çevirsək 150-200 adamın sualına daha tez cavab verəcəyik, amma yaxşı təhsil sistemi qurmaq imkanımız olmayacaq. Bu, o demək deyil ki, biz vətəndaş müraciətlərinə baxmırıq. Onlar öz şikayətlərini aidiyyatı qaydada etməlidilər ki, onların problemləri tez həll olunsun. Ciddi şəkildə təhsil islahatı aparmaq istəyiriksə, cəmiyyət, valideyn və vətəndaşlar həmrəlik nümayiş etdirməlidir. Hansısa fərdin öz probleminə yönəlməsi və sistemdə nə baş verirsə-versin təfəkküründə olması qəbuledilməzdi”. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları