Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-28 14:12:00
Təhsil İnstitutu: Noyabr-dekabr ayları ərzində “Qaynar xətt”ə 365 müraciət daxil olub  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin “Qaynar xətt”i gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, noyabr-dekabr ayları ərzində “Qaynar xətt”ə metodistlərin, tədris işçilərinin 365 müraciəti daxil olub. Müraciətlərin 353-ü yerində cavablandırılıb, 12-si aidiyyəti üzrə yönləndirilib.

 

Qeyd edək ki, “Qaynar xətt” metodistlərin və tədris işçilərinin pandemiya dövründə tətbiq edilən distant təhsil və onun təşkili ilə bağlı müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.