Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-27 10:45:00
Bakı üzrə 307 məktəbdə “Kiçik akademiya” fəaliyyət göstərir  

2021-ci təqvim ilində paytaxtın ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyəti genişləndirilib.

 

AzEdu.az xəbər verir ki, BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik akademiya” fəaliyyət göstərir.

“Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair BŞTİ-nin tədbirlər planına əsasən, paytaxtın bütün məktəblərində “Kiçik akademiya” yaradılması nəzərdə tutulur. Təcrübə mübadiləsini genişləndirmək üçün Bakı şəhərinin hər inzibati rayonunda 1 məktəb “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyənləşdirilib. Həmçinin Bakı şəhəri üzrə “Kiçik akademiya”ların saytı da yaradılıb.