Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-27 10:15:00
Procter & Gamble Azərbaycan şirkəti ADNSU-da onlayn seminar keçirib

Dekabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Procter & Gamble Azərbaycan şirkəti onlayn info-sessiya keçirib.

 

AzEdu.az xəbər verir ki, şirkətin Marketinq üzrə təcrübəçisi Banuçiçək Qurbanova şirkət və tələbələr üçün təcrübə imkanları haqqında təqdimatla çıxış edib. B.Qurbanova  ADNSU və UFAZ tələbələrinə həmçinin “Yay təcrübə proqramı” barədə ətraflı məlumat verib.

 

Qeyd edilib ki, Procter & Gamble Azərbaycan 3-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri üçün Satış və Marketinq departamentlərində 2022-ci il Yay təcrübəsi üçün işə qəbulu davam etdirir və son tarix 27 dekabr tarixinə qədər uzadılıb.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb