Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-25 16:51:00
BŞTİ rəhbərliyi mükafata layiq görülüb-FOTO  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi (DAİM) tərəfindən təltif olunub.

 

AzEdu.az xəbər verir  ki, 2021-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma tədbirində BŞTİ-nin müdiri Mehriban Vəliyeva və İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov "Qızıl Buta" mükafatına layiq görülüblər.

 

“DAİM” Mərkəzinin sədri Zaur Mirzəzadə mükafatı təqdim edərək təbriklərini çatdırıb, BŞTİ-nin fəaliyyətinin və həyata keçirilən sistemli tədbirlərin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bildirib.