Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-25 10:00:00
“Bir könüllü” təşkilatının könüllüləri mükafatlandırılıb

Təhsil Nazirliyinin “Bir könüllü” təşkilatının könüllüləri aktiv fəaliyyətlərinə və Təhsil İnstitutunun tədbirlərinə göstərdikləri təşkilati dəstəyə görə mükafatlandırılıb.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib. Tədbirdə institutun direktoru Rüfət Əzizov bildirib ki, könüllülük bir neçə mühüm məqamdan ibarət olan çox vacib bir fəaliyyətdir. O qeyd edib ki, könüllülük fəaliyyəti ilə məşğul olarkən gənclər həm təşkilati məsələlərdə, həm də insanlarla ünsiyyətdə təcrübə qazanırlar. R.Əzizov, həmçinin könüllülərə institutun fəaliyyət istiqamətləri haqqında qısaca məlumat verib.

Tədbirdə könüllülərə sertifikatlar təqdim olunub.